Flaş / Siyasət-Analitika / Publisistika
17:47, 26 yanvar 2026
54
0

Vətənpərvərlik, yoxsa vətənşüvənlik?...


Vətənpərvərlik əmtəəyə çevrilib

Bunu əmtəəyə çevirən birmənalı olaraq hakim elitadır. İnformasiya müharibəsinin necə işlədiyini az-şox bilən, bu sahəni öyrənməyə çalışan biri kimi deyə biləcəyim budur ki, sizin səmimi hissləriniz kimlər üçünsə mükəmməl "yanacaq"dır. 
Kütləni idarə etməyin ən ucuz yolu insanların emosiyalarıdır. Siz sosial şəbəkələrdəki paylaşımların altındakı şərhlərdə, vidodebatlarda səsiniz batana qədər mübahisə edəndə digər tərəfdə bu mənzərəni strateji olaraq idarə edənlər "vacib narrativləri təbliğ etmək" üçün büdcə əldə edir.

Sinxronizasiya nəzarət vasitəsi kimi.
Kütləvi manipulyasiya haqqında kitablarda açıq şəkildə deyilir: ortaq, eyni vaxtda ritual yerinə yetirmək insanları itaətkar edir. Məsələn, hər gün səhər saat 9:00-da Ukraynada bütün ölkə yuxarıdan gələn bir əmr üzrə donub qalır. Belə ki, Ukraynada hər səhər bütün səsgücləndiricilərdən dövlət himni səsləndirilir və hər kəsdən dayanıb əlini sinəsinə qoyması, həlak olan əsgərlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi gözlənilir. Kənardan baxanda ilk baxışdan pis heç nə yoxdur. Lakin bir balaca dərinə gedəndə görürsən ki, bu, sual vermədən, sorğulamadan yuxarıdan gələn bir siqnala əsasən hərəkət etmək vərdişi yaradır. Bu gün bu dövlət himnidir, sabah isə "vətənpərvərlik" adlandırdıqları başqa bir şey olur.

Bu hərəkət əslində şəhərin fon səs-küyünə çevrilir. Qəhrəmanların ölümünü yad etmək insanların oyanması ilə işə başlaması arasındakı bir zaman xəttinə sıxışdırılır, ona görə də yad edilən şeyin özü belə dəyərdən düşür. İnsanlar qəhramanların xatirəsini yad etmir, sadəcə yuxarıdakılar tərəfindən tərtib edilmiş cədvələ əməl edirlər.
İnsanların böyük bir hissəsi həlak olan qəhramanların xatirəsini yad edərkən donub sükut edəndə bəziləri qızğın müzakirələrin səs-küyü altında fabrikləri, zavodları və xalqa məxsus digər resursları ələ keçirirlər.

Son illərdə Ukraynada minlərlə bot ferması yaradılıb. Rusiyanın orada keçirdiyi XHƏ nəticəsində bu fermaların mərkəzlərinin bir neçəsinin məhv edilməsinə baxmayaraq, onların işi hələ də çox güclü şəkildə davam edir. Bu tendensiya təkcə Ukraynada deyil. Hakimiyyətin silkələndiyi, siyasi elitanın KİV vasitəsilə ictimai rəyi nəzarətə götürməyə çalışdığı ölkələrin hamısında var. Proses zahirən fərqli görünsə də mahiyyət etibarilə eyni şeydir. Bu bot fermalarında bir operator eyni anda 50-yə qədər hesabı idarə edə bilər. Onların məqsədi həqiqəti demək deyil, "əksəriyyətin rəyi" illüziyası yaratmaqdır. Ona görə də, sosial şəbəkələrdəki xəbər lentinizdə "xalqın səsi" kimi gördüklərinizin 70%-i dəqiq bir ssenariyə uyğun olaraq aparılan ödənişli işdir. İnsanların qürurundan(əslində ucuz qürurundan) sadəcə bir vasitə kimi istifadə olunur.

Televizor və sosial şəbəkədəki xəbər lentiniz şüşəli bir labirintidir.
Bu gün texnologiya sizin haqqınızda dogma ananızdan daha çox şey bilir. Smartfonunuzda gördüyünüz hər şeyə inanırsınızsa, onda sizi təbrik edirəm – siz "informasiya köpüyünün" içindəsiniz. Sosial şəbəkələrin alqoritmləri sizə yalnız sizi qəzəbləndirəcək və ya nəyisə almağa tələsdirəcək şeylər təqdim edir. Bizi "özümüzdən çıxaran" xəbərlərin azı 70%-i qəsdən yaradılır ki, əsl resursların gözümüzün önündə necə oğurlandığını hiss etməyək.

Yalanı yeritmək daha asan olub, nəinki həqiqəti. Əvvəllər insanları aldatmaq illər çəkirdi. İndi isə tədqiqatçıların fikrincə, saxta xəbərlər həqiqətdən altı dəfə daha sürətli yayılır. Məsələn, Ukraynada bu, çox yaxşı işləyir. Əhalini idarə etməyi asanlaşdırmaq üçün dil, inanc və ya siyasi baxışlara görə "özümüzkülərə" və "yadlara"a bölüblər. Parçala və hökmranlıq et kimi köhnə bir sxem yeni zahiri görkəmdə öz işini görür.

“Paket” vətənpərvərlik. İnsanlara vətənpərvərlik elə bir formada da təqdim edilir ki, vətəni sevmək qonşu xalqları sevməmək, onlara nifrət etmək deməkdir. Televiziyada eşitdiyimiz şüarların əksəriyyəti tarixçilər tərəfindən deyil, marketoloqlar tərəfindən uydurulur. Bu növ paketlənib bükülmüş vətənpərvərlik insanları büdcənin başqaları tərəfindən talanması prosesində itaətkar bir vintə çevirir.

İnsanları bir-birinə qarşı qoymaqla onların resursları talanır. Ekranlarda mübahisə edən tərəflərin hamısı, sosial şəbəkələrdə kimin idealları doğrudur mübahisəsini aparanların hamısı sadə vətəndaşlardır. Biz bir-birimizi didişdirərkən strateji olaraq bu prosesi idarə edənlər, başqa sözlə, kukla oynadanlar hansısa restoranda birlikdə şam yeməyi yeyir, bizi daha çox necə soymağın variantlarını müzakirə edir, üstəlik arada bizi heç nəyi qanmayan qoyun adlandırıb lağa da qoyurlar. Düşmənçilik sənin fikrini cibindəki deşikdən və perspektivsizliyindən yayındırmaq üçün ən gözəl vasitədir.

Profil şəklində bayraq qoymaq vətənpərvərlik deyil. Hazırda əsl vətənpərvərlik başqasına məxsus əmlakı talamamaq, verdiyin vədlərə əməl etmək, vəzifənin öhdəsindən layiqincə gəlməkdir, daha hamıdan bərk qışqırıb vətənşüvənlik etmək deyil. Başqalarının oğurluq planları və kampaniyaları üçün pulsuz reklam agenti olmağı dayandırmaq lazımdır. Televizorda deyilənlərlə, xəbər lentlərinin sizə təlqin etdiyi formada deyil, başla düşünmək lazımdır.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)