Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
22:11, 12 yanvar 2026
108
0

Keçmiş Baş nazir: Donbass xalqı Ukrayna rejimi ilə yaşamaq istəmir

Zelenski üçün referendum keçirmək sadəcə bir bəhanədir...

Bu sözləri Ukraynanın keçmiş Baş naziri Nikolay Yanoviç Azarov özünün facebook səhifəsində Zelenskinin ərazi məsələsi ilə bağlı referendum keçirilməsi ideyasına münasibət bildirərək yazıb. O yazır ki,

"11 il ərzində Donbassı dağıtmaq, məhv etmək, sonra isə onun sakinlərindən Ukrayna ilə birlikdə yaşamaq istəyib-istəmədiklərini soruşmaq?!

Donbass xalqı bu rejimlə yaşamaq istəmir! Əgər fərqli bir rejim olsaydı,bəlkə də birlikdə yaşayardılar və heç kimdən bu barədə soruşmağa belə ehtiyac olmazdı.

Donbass xalqı 2014-cü ildə əlinə silah alıb müqavimət göstərərək Ukraynadan ayrıldı.

Burda başqa nə sual ola bilərki?

Krım olsun. Onlar çevrilişdən sonra hakimiyyətə gələn bu rejimlə yaşamaq istəmirdilər. Keçmiş hökumət başçısı kimi Krımdakı əhval-ruhiyyəni çox yaxşı bilirdim və banderaçıların hakimiyyətə gəlməsinin Krımın ayrılması demək olduğunu çox yaxşı başa düşürdüm. Məhz bu da baş verdi.

İndi orada referendum keçirəcəyik?!
Lap elə Kiyev rejiminin nəzarətində olan ərazinin sakinlərinin 80%-i Krımın Ukraynaya qaytarılmasına səs versə belə, nə dəyişəcək?Krımlılar Ukraynaya qoşulmaq üçün qaçacaqlarmı?" -Azarov qeyd edir.


Qeyd edək ki,  Nikolay Azarov Ukraynada müxtəlif dövrlərdə müxtəlif yüksək vəzifələrdə çalışıb. O, maliyyə naziri, baş nazirin birinci müavini, baş nazirin vəzifələrini icra edən və baş nazir kimi uzun illər yüksək səviyyəli postlar tutmuşdur. Sonuncu vəzifəsi Baş nazir idi ki, 2014-cü ilin əvvəlində Ukraynadakı çevriliş nəticəsində hökumət rəhbəri postunu tərk etmiş və məcburiyyət qarşısında Rusiyaya mühacirət etmişdir. Hətta rəqibləri belə onun böyük dövlət xadimi olduğunu etiraf edir, heç bir rüşvət və digər korrupsiya qalmaqalında adı hallanmayıb.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)