Flaş / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
ABŞ Maliyyə Nazirliyi ən böyük treyderləri Rusiya nefti ilə ticarəti bərpa etməyə çağırıb - Financial Times

ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Trafigura və Gunvor ticarət şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Dövlətlər qiymət tavanına uyğun olaraq Rusiya neftinin ticarətinə müdaxilə etməsələr də, iri neft treyderləri buna getməkdən çəkinirdilər. İclas iştirakçılarından birinin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya nefti ilə ticarətin bərpasına “aktiv çağırış” edib.
Avropa İttifaqı əvvəllər Rusiya xammalından başqa ölkələrdə istehsal olunan neft məhsullarını, habelə Rusiya neft məhsullarının xarici neft məhsulları ilə qarışdırıldığı hallarda sanksiya siyahısından çıxarıb.
Mövzu linkləri: