Flaş / Gündəm / Cəmiyyət-Mədəniyyət
Azərbaycanın mədəniyyət naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.
Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Mövzu linkləri:
Həmçinin oxuyun:

Baş prokuror Kamran Əliyev MDB baş prokurorlarının müşavirəsində iştirak edib

Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik ünvanlayıb

Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələri arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir

ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır