Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
Hindistan Rusiyadan neft tədarükünü 50 dəfə artırıb

Qərbin anti-Rusiya sanksiyaları fonunda 2022-ci ilin aprelindən iyun ayına qədər Hindistan neft emalı zavodları Rusiya xam neftinin alışını 50 dəfə artırıb - The Economic Times Hindistan hökumətindəki mənbələrə istinadən yazır.
İndi Rusiya xammalı Hindistanın xaricdən aldığı bütün xam neftin 10%-ni təşkil edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, fevralın 24-dək bu göstərici belə alışların ümumi həcminin 0,2%-ni keçməmişdi.
Qeyd edilir ki, ötən ay Rusiya Səudiyyə Ərəbistanını keçərək Hindistana İraqdan sonra ikinci ən böyük neft tədarükçüsü olub.
Bundan əlavə sizə məlumat vermişdik ki, Qərbin anti-Rusiya sanksiyaları fonunda Rusiya Hindistana kömür tədarükünü 6 dəfə artırıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:

Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa

Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni

Rusiya ABŞ-ın neft bazarlarını necə zəbt elədi

Moskva bəyannaməsinin iki ölkə üçün əhəmiyyəti

Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü